!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-dən Ermənistanın qaz təminatı ilə bağlı iddiasına REAKSİYA

!Reklam – Yazi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib.

Yenicag.az xəbər verir ki, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı ilə, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

L.Abdullayevanın sözlərinə görə, Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır:

“Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin”.

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv