Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XİN-dən Ermənistanın təxribatlarına REAKSİYA

Reklam: Sinerji Pro

“Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun mövqeləri Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu hissəsində yenidən atəşə məruz qalıb”.

Yenicag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva öz tviter hesabında yazıb.

“İki hərbçimiz yaralanıb. İki dövlətin sərhədində gərginliyin artırılması ilə bağlı məsuliyyət tam olaraq Ermənistanın üzərinə düşür”, – deyə L. Abdullayeva qeyd edib.

“Biz Ermənistanı yeni region reallıqlarını qəbul etməyə, hərbi təxribatlara son qoymağa və sərhədin delimitasiyası ilə bağlı danışıqlara başlamağa çağırırıq. Azərbaycan öz ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır. Ölkəmizin ərazi bütövlüyünə qarşı istənilən addım qətiyyətlə cavablandırılacaq”, – deyə XİN rəsmisi əlavə edib.

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100