Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XİN-dən Xarkovdakı Fəxri Konsulluğumuzun atəşə tutulması ilə bağlı AÇIQLAMA

Reklam: Sinerji Pro

Gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, konsulluğun binasının qapısı və pəncərələrinə altı atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb.

Qeyd edək ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin iki nəfər olduğunu qeydə alıb.

Kosulluğun binasına hücumla bağlı Xarkov şəhər polisi tərəfindən cinayət işi başlanılıb.

Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.

Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik.

Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı edilən bu kimi cinayət xarakterli əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçiriləcək.

Loading...

www.yenicag.az

251
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100