!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN rəhbəri ATƏT-in Baş katibi ilə görüşdü

!Reklam – Yazi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən, regional məsələlər müzakirə olunub.

C.Bayramov beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında effektiv çoxtərəfliliyi dəstəkləyən ölkəmizin bu istiqamətdə bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlıq etdiyini məmnunluqla bildirib.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən göstərilən konstruktiv yanaşmanın Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşdiyi bildirilib. Mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu vurğulanıb.

Helqa Şmid ATƏT-in Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu istiqamətdə münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bölgədə sülhün bərqərar edilməsi, gərginliyin aradan qaldırılması istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv