!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN rəhbərləri arasında BİRBAŞA TƏMAS: "Bayramov-Mirzoyan görüşü də prezidentin bu bəyanının praktik nəticəsidir" - Analitik

!Reklam – Yazi

“Kreml işin uzanmasından yanadır”.

Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutan ikinci birbaşa telefon danışığının prosesin ümumi gedişinə təsiri məsələlərini dəyərləndirən beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Analitik bildirib ki, sülh prosesinin önündə bir sıra əngəllər olsa da, birbaşa təmasların olması müsbət haldır:

“Artıq ikinci dəfədir ki, Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında birbaşa telefon danışığı baş tutur. Bundan öncə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulamışdı. Bayramov-Mirzoyan görüşü də prezidentin bu bəyanının praktik nəticəsidir. Ümumilikdə, müsbət addımlar atılmaqdadır.

Lakin Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfərindən sonra əvvəlki fikirlərinə zidd bəyanlar səsləndirməsi onu deməyə əsas verir ki, Kreml işin uzanmasından yanadır. Həmçinin aprelin 23-də dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində diversantların müəyyənləşdirilməsi sülhə hazırlıq prosesinin ağrılı olacağına işarə edir.

Ancaq xarici işlər nazirləri səviyəsində birbaşa danışıqların baş tutması da müsbətə doğru irəliləyişdir”.

Aqil Bəkir

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv