!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Xırdalan” əlavə vaxtda “Sabah”ı məğlub etdi

!Reklam – Yazi

Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci görüşündə “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib. Əlavə vaxta gedən oyun qonaqların 107:103 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ilk matçında “Xəzri” “Cəlilabad”a 100:81 hesabı ilə qalib gəlib.

Turun digər görüşləri yanvarın 26-28-də reallaşacaq. “Sumqayıt” “Sərhədçi”ni, “Gəncə” “NTD-İndiqo”nu, “Şəki” isə “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, turnir cədvəlinə 22 xalla “Xəzri” başçılıq edir. “Sabah” 21 xalla 2-ci, “NTD-İndiqo” 20 xalla 3-cü, “Xırdalan” isə 19 xalla dördüncü pillədə qərarlaşıb.

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv