!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xırdalan sakinlərinin marşrut çiləsi: Saatlarla avtobus gözləyirlər - VİDEO

!Reklam – Yazi

Abşerondan Bakıya və əks istiqamətdə hərəkət edən 135 və 119 saylı avtobusların sayının az, intervallarının isə böyük olması sərnişinlərin mənzil başına vaxtında çatmasında çətinliklər yaradır.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbərinə görə, hər gün sözügedən avtobuslardan istifadə edən sərnişinlər iddia edir ki, bu vəziyyət uzun müddətdir ki, davam edir.

Sürücülər isə deyilənlərlə razılaşmırlar.

Məsələ ilə bağlı 135 və 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların aid olduğu ”Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, Bakı-Sumqayıt yolunda və Xırdalan şəhərinin mərkəzi prospektlərində hər gün müşahidə edilən sıxlıq və tıxac avtobusların intervalına mənfi təsir göstərir. Bu yollarda avtobus zolağının çəkilməsinə böyük zərurət var. Həmçinin Xırdalan şəhərində 1 manata taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur, dayanacaqlara yaxınlaşmasına imkan vermir. Bütün bu məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv