Reklam: High Technic
hightechnic

Xırdalanda dəm qazından boğularaq ölənlərin kimliyi məlum olub

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yeniçağ.az

www.yenicag.az

84