Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xırdalanda qanlı olay

121761_res_01Aslan Hüseynov bıçağı baldızının əlindən alaraq ona vurub

Abşeron rayonunda qanlı hadisə baş verib.

Yeznə baldızını bıçaqlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlər Hicran Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. Aslan Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.

Faktla əlaqədar araşdırmalara başlanılıb.(APA)

www.yenicag.az

396