!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xırdalanda uçota durmayan internet provayderi cərimələndi

!Reklam – Yazi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) istehlakçı şikayəti əsasında Abşeron rayonu, Xırdalan şəhərində “BHS Fiber” adı altında fəaliyyət göstərən “Netim Telekom” MMC internet provayderinin uçotadurma qaydalarını pozduğunu müəyyən edib.

Yenicag.az xəbər verir ki, provayderin təqdim etdiyi xidmətdən narazı qalan istehlakçının şirkətin rəsmi adını müəyyən edə bilməməsi və şirkətlə əlaqə saxlamaqda yaranmış çətinliklər onun haqlı narazılığına səbəb olub. Şikayət əsasında araşdırma zamanı provayderin uçota alınmaması aşkar edilib, onun hüquqi məlumatları müəyyən edilib.

İnternet provayder uçotadurma qaydalarını pozduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokolun tərtib edilməsi təmin edilib və məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati cərimə tənbehi tətbiq edilib.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv