!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xirosima və Naqasaki FACİƏSİ: 78 il keçdi - Geridə nələr qaldı?

!Reklam – Yazi

İkinci Dünya Müharibəsi zamanı Sakit Okean müharibələrində ABŞ-nin avqustun 6-da Yaponiyanın Xirosimaya və avqustun 9-da Naqasaki şəhərinə atom bombası atmasından 78 il keçir.

Yenicag,az xəbər verir ki, İkinci Dünya Müharibəsindən əvvəl ABŞ ilə Yaponiya aralarındakı gərginlik Sakit okean müharibələri zamanı böyük fəlakətlə nəticələndi.

Yaponiyanın Şərqi Çinə hücumu 1937-ci ildə iki ölkə arasında müharibəyə səbəb oldu. ABŞ və Qərb ölkələri Yaponiyaya cavab verdi. Yağ daxil olmaqla bir çox məhsulun ixracını qadağan etdi. Yaponiya bu addımları “təcavüzkar hərəkət” kimi qiymətləndirsə də, konkret razılıq əldə oluna bilmədi.

Yaponiya ilə ABŞ arasında gərginlik Yaponiyanın 7 dekabr 1941-ci ildə ABŞ-nin Havaydakı Pörl Harbor bazasına hücumu ilə daha da artdı. Bu hücumda 2 min 403 ABŞ əsgəri həlak oldu, 1178 əsgər isə yaralandı.
Hücumdan sonra ABŞ Yaponiyaya qarşı müharibə elan etdi. Bu müharibə Xiroşima və Naqasakiyə atılan atom bombalarından sonra 15 avqust 1945-ci ildə Yaponiyanın təslim olmasına qədər davam etdi.
Avropada müharibə 1945-ci ilin mayında Almaniyanın təslim olması ilə başa çatdı. ABŞ və Yaponiya arasında 4 ilə yaxın davam edən müharibə ABŞ-nin Yaponiyanı işğal etmək cəhdləri ilə nəticələndi. ABŞ hökumətinin həmin dövr üçün araşdırdığı hesablamalara görə, əgər Yaponiya torpaqlarında uzun müddətli döyüş aparılsa idi, ən azı 500.000 amerika əsgəri həlak olacaqdı.

Birləşmiş Ştatlar 1930-cu illərin sonlarından nüvə silahları və bombalar hazırlayırdı. Bu bombalar 1945-ci ilin yayında istifadəyə hazır idi. Müttəfiq güclər 1945-ci ilin iyulunda Yaponiyanı təslim olmağa çağırdı. Əks halda “tam məhv” olacağı haqda xəbərdar etdilər.

Yaponiya bu çağırışlara cavab vermədikdə, ABŞ hərbi və sənaye əhəmiyyətinə görə Xirosima və Naqasakini hədəf seçdi.
ABŞ-nin “B-29” tipli təyyarəsi 1945-ci il avqustun 6-da səhər saatlarında Xirosimaya “kiçik oğlan” adlı bomba atdı. Xirosimanın 70 faizini məhv edən uran qatqılı bomba onun mərkəzində 3000 dərəcə Selsi temperatur meydana gətirdi. Bomba 1,5 kilometr radiusda bütün ərazini düzənliyə çevirdi. Birinci mərhələdə 80.000, 1945-ci ilin sonunda isə 200.000-ə yaxın insan məhv oldu. Bundan əlavə, hücumdan sonrakı illərdə radiasiya ilə bağlı xəstəliklərdən ölənlər daha da artdı.

255 min insanın yaşadığı Xirosimaya atom bombası atan ABŞ “dünyada ilk dəfə atom bombasından istifadə edən ölkə” kimi tarixdə yerini aldı. Xirosimadan üç gün sonra ABŞ “kök adam” bombası atdı və 195.000 əhalisi olan Naqasakinin yarısını məhv etdi. Ölənlərin sayı 75 minə qədər yüksəldi.
Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, atılan atom bombaları nəticəsində təxminən 500 min insan həlak olub və ölənlərin əksəriyyəti mülki şəxslərdir.

Atom bombaları İkinci Dünya Müharibəsinin “qırılma nöqtəsi” hesab olunur. Yaponiyanın o zamankı İmperatoru Hirohito 15 avqust 1945-ci il tarixli mesajında ölkəsinin “şərtsiz təslim olduğunu” elan etdikdən sonra İkinci Dünya Müharibəsi rəsmən başa çatdı.

Yaponiyada atom bombasından sağ qalanlara “Hibakuşa” deyirdilər. Minlərlə insanın ölümünə səbəb olan atom bombalarının meydana gətirdiyi istilik bölgədəki bütün bitki və canlıların da məhv olmasına səbəb oldu.
Partlayışdan sonra ayrılan enerji təqribən 2 kvadrat kilometr ərazidə bütün strukturları, canlıları və təbiəti yandırarkən, atmosferə atılan nüvə zərrəciklərinin təsirini bu gün də bölgənin sularında görmək mümkündür.
Minlərlə insanın ölümünə səbəb olan bu anın izlərini unutmamaq üçün Yaponiya Xirosimada park, Naqasakidə isə muzey yaradıb. Hücumdan zərər çəkmiş əşyalar Naqasakidəki muzeydə sərgilənir. Xirosimadakı Sülh Memorial Parkındakı Atom Bombası Qübbəsi nüvə bombasının izlərini bu günə qədər daşıyır.

Nəsimi Ələsgərli

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv