!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xiyabanda uyuyan müqəddəs şəhidlərimiz separatçıları öz ayaqlarına gətirib” – Millət vəkili

!Reklam – Yazi

“Bu tədbirin keçirildiyi yer Bako Saakyan, Artur Arutyunyan, Ruben Vardanyan və daha səkkiz şəxsin dindirildiyi yerə cəmi 100 metr məsafədədir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzində (STM) “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” mövzusunda təşkil olunan konfransda çıxış edən Milli Məclisin deputatı, STM İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, separatçı canilərin ədalət mühakiməsinə çıxarılması ilə şəhidlərimizin ruhu şad olub:

“Bu gün hər birimizin azərbaycanlılara qarşı nifrət cinayətləri mövzusunda yığışdığımız STM 30 ildən çox torpaqlarımızı işğal altında saxlayan, torpaqlarımızda separatçılığı davam etdirən Bako Saakyan, Artur Arutyunyan, Ruben Vardanyan və daha səkkiz şəxsin dindirildiyi yerə cəmi 100 metr məsafədədir.

Onlar Şəhidlər Xiyabanına çox yaxındır. Xiyabanda uyuyan müqəddəs şəhidlərimiz onları öz ayaqlarına gətirib. Artıq şəhidlərimizin hər birinin ruhu şaddır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv