!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xızı sakini avtomatla saxlanıldı - FOTO

!Reklam – Yazi

Xızı rayon sakinindən avtomat və ona aid sursat aşkar edilib.

Yenicag.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv