Xızıda 115 partlamamış hərbi sursat aşkar edildi

Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən “N” saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, oktyabrın 31-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 115 ədəd partlamamış hərbi sursat (PHS), 75 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 463 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 124 100 kv.m (112.41 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 59 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 43 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığındakı yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 13 992 ədəd partlamamış hərbi sursat (PHS), 6 074 ədəd partlamış-yanmış sursat qalıqları və 57 719 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 58 433 258 kv.m (5 843 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

COP29