Xızıda 183 partlamamış hərbi sursat aşkarlandı

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, dekabrın 23-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 183 ədəd partlamamış hərbi sursat (PHS), 242 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 130 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 464 000 kv.m (46.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 103 gün ərzində 23 642 ədəd partlamamış hərbi sursat (PHS), 15 056 ədəd partlamış-yanmış sursat qalıqları və 86 560 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 75 644 978 kv.m (7 564 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.