Reklam

Reklam

xestexana_01888Xızıda avtobusun aşması nəticəsində xəsarət alan 15 nəfərin müalicəsi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya deyib ki, hazırda yalnız bir nəfər – Talıbov Vaqif İlyas oğlu reanimasiyadadır. Həmin xəstə artıq komadan ayılıb və vəziyyəti stabil ağırdır. Digər xəstələr isə palatada müalicələrini davam etdirir. Onların bir neçə gündən sonra evə buraxılması nəzərdə tutulur.

Xəsarət alanlardan iki nəfər isə Klinik Tibbi Mərkəzdə müalicə olunur. Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, xəstələrin müalicəsi davam etdirilir. 2005-ci il təvəllüdlü Nigar Kazımlının vəziyyəti nisbətən yaxşılaşsa da, reanimasiya saxlanılır: “Onların evə buraxılması üçün hələ tezdir və bir müddət stasionar şəraitdə müalicə almalıdırlar”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 98
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."