Xızının partlamamış mərmilərdən təmizlənməsi prosesi davam edir

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, 151 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bununla yanaşı, daha 206 ədəd partlamış-yanmış mərmi qalıqları və 855 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 530 200 kv.m (53.02 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 104 gün ərzində müxtəlif ərazislərə baxış keçirilib, 23 793 ədəd partlamamış hərbi sursat (PHS), 15 262 ədəd partlamış-yanmış sursat qalıqları və 87 415 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 76 175 178 kv.m (7 618 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

COP29