Bu gün İstanbulda İnsan Haqqları Vəqfi (İHH) ilə Azərbaycan Yurddaşlar Dərnəyinin birgə təşkil etdikləri Simpozium öz işinə başlayıb. Xocalı Soyqırımının 23-cü il dönümünə həsr olunan konfrans “İnsanlığın Ədalət Arayışı: Xocalı Simpoziumu” adlanır. Simpozimu giriş sözü ilə İHH baş katibi Yavuz Dede açıb.
Daha sonra Azərbaycan Yurddaşlar Dərnəyinin başqanı Zaur Əliyev çıxış edərək, Xocalı soyqırımını insanlığa qarşı suç elan edib.
Azərbaycan İstanbul konsulu Kənan Murtuzov Xocalı soyqırımı ilə bağlı çıxış edərək, mövzu ilə bağlı iştirakçılara geniş məlumat verib.
Azərbaycan millət vəkilləri Fazil Mustafa, İlyas İsmayılov, Türkiyə millət vəkilləri Ali Ercoşkun, İbrahim Korkmaz, Yüksel Özden, Zeki Aygün və digərləri çıxış ediblər.
Simpoziumda Türkiyənin təhsil naziri Nabi Avçı, İstanbul bələdiyyə başqanı Kadir Topbaş və bir sıra tanınmış şəxslərin məktubları oxunub.Hazırda Aygün Həsənoğlunun başqanlığında “Yaxın Tarix İşığında Qafqazda Dəyişim” adlı ilk bölüm davam edir.
***
Millət vəkili İlyas İsmayılov da tədbir təşkilatçılarına təşəkkürünü çatdırıb. O, bu tipli faciələrin unutulmamasını və birgə addımlar atılmasının zəruri olduğunu qeyd edib.Türkiyə parlamentinin deputatı İbrahim Korkmaz Xocalı soyqırımını dünyanın ən dəhşətli soyqrımlarından biri olduğunu deyib.Bundan sonra, müxtəlif bölümlərdə müzakirələr başlayıb. “Yaxın Tarix İşığında Qafqazda Dəyişim” adlı ilk bölümdə sözü Aygün Həsənoğlu danışıb. O, Xocalıda hamilə qadınların qundağa keçirilərək öldürüldüyünü, kiçik yaşlı uşaqların zorlandığını və bunun cəzasız qalmamalı olduğunu bildirib.Avropa.info bildirir ki, bundan sonra Xocalı soyqırımına hüquqi qiymət mövzusunda çıxış üçün söz millət vəkili Fazil Mustafaya verilib. Fazil Mustafa bu qətliama təkcə insani baxımdan deyil, həm də hüquqi baxımdan qiymət verilməsini doğru sayıb.“Bu Azərbaycan türklərinə qarşı olan ilk qətliam deyil. 20-ci əsrdə dəfələrlə soyqırıma, sürgünlərə məruz qalmışıq. Dünyada baş verən və BMT tərəfindən soyqırım kimi tanınan bəzi olaylarla Xocalı faciəsi arasında eyniyyət var. Xocalı soyqırımında 613 bütün insan kateqoriyasına aid edilən insanlar qətlə yetrilmiş, 8 ailə tamamilə məhv edilmiş, sayı bilinməyən insan əsir götürülmüşdür. Xocalı ilə bağlı çəkilmiş video görüntülərdə insanların gözlərinin çıxarılması və sairə qeyri insani işgəncə metodları öz əksini tapır. Bu da BMT-nin sözləşməsinə ziddir və bu tip halları BMT adətən soyqırım kimi tanıyır. “Fazil Mustafa BMT-nin soyqırım şərtlərini açıqlayaraq, Xocalının soyqırım kimi tanınmasının bütün şərtlərlə üst-üstə düşdüyünü deyib.“Təssüf ki, Xocalı soyqırımını törədən insanların bir çoxu hazırda Ermənistanda vəzifə tutur. Bu səbəbdən də onların dünyada beynəlxalq cinayətkar kimi tanınması çətindir. Bu səbəbdən də, biz daha çox həmin soyqırımda iştirak edən və bunu yazdıqları kitablarla, müsahibələrlə təsdiq edənlərin üzərində işlər aparılmalıdır.”Xocalı faciəsinin canlı şahidi Dürdanə Ağayeva isə şəhərin işğalından danışıb. Faciəni gözləri ilə görən bu xanım baş verənlərin dəhşətini anladıb. O, ermənilərə əsir düşdüyünü və onların əsir azərbaycanlılara davranışından danışıb.Düzcə Universitetinin müəllimi Gökmən Kılıçoğlu çıxışında Ermənistandan qovulan soydaşlarımıza çəkdi.Fasilədən sonra isə “Azərbaycan -Ermənistan çəkişməsi və uluslararası aktyorlar” mövzusunda aparılan müzakirələrdə sözü ikinci bölümün başqanı, Yenicag.az qəzerinin baş redaktoru Aqil Ələsgər açdı. Aqil Ələsgər bəzi ikilistandartlarla yanaşan qüvvələrin Xocalı soyqırımına dirnaqarası baxdığını bildirdi. Qeyd etdi ki, Xocalı sadəcə insanlığa qarşı cinayət deyil, həm də beynəlxalq təşkilatların və dünyanın ikilistandartının təsdiqidir.Bundan sonra , söz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya söz verildi. Akif Nağı Qarabağ probleminin həll olunmamasında beynəlxaqlq təşkilatarı və bəzi dünya ölkələrini suçladı. O, Qarabağ problemini Rusiyanın yaratdığını və indi də bəzi ölkələrin bundan istifadə etdiyini bildirdi.Qarabağ müharibəsi veteranı İlqar İbrahimov isə Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılmasının vacib olduğunu deyib. O, dünya dövlətlərinin, beynəlxalq güclərin baş verənləri seyriçiliklə yanaşması haqqında deyilənlərlə razılaşmadığını bildirib.“Çünki beynəlxalq güclərin özləri bu problemləri yaradırlar.”“Yeni Akit” qəzetinin yazarı Kənan Alpay isə İslam dünyasında Qarabağla bağlı ciddi bir bilginin olmadığını deyib.“Ermənistana bir xəstə kimi yanaşmaq lazımdır. Çünki , bu ölkədə mikromillətçilik mövcuddur. Təsəvvür edirsinizmi, ölkəsinin əhalisi yoxsulluq altındadır, amma ifrat millətçilik irəli sürürlər. Onları müalicə etmək lazımdır. Amma bundan öncə də, İslam dünyasınada Qarabağ məsələsini yaymaq lazımdır. Məsələn Bosniya məsələsi bütün İslam dünyasını ayağa qaldırdı. Amma niyə Qarabağla bağlı belə olmadı.”Tədbirin son bölümünü isə Timeturk saytının rəhbəri Nevzat Çiçək aparıb.Çıxış edən Dr professor Xelel Bal Azərbaycanın hər zaman hərbi yolla da torpaqları azad etməyə hazır olmağı tövsiyyə edib.Millət vəkili İlyas İsmayılov isə Qarabağın işğal tarixindən danışıb. ” İşğaldan əvvəl Yunanıstanda daşnaqlar tədbir keçiriblər və bir səs çoxluğu ilə Azərbaycan torpaqlarının işğalına qərar verilib. Ruslar isə onlara dəstək verdilər.”İlyas İsmayılov ATƏT-in tövsiyəedici bir qrum olduğunu, Qarabağ münaqişəsinin həllini bu təşkilata tapşırmağın yanlış olduğunu deyib.“Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bu qətnamələrə görə, Ermənistan işğalçı dövlət kimi tanınır. Niyə BMT-nin qətnamələrini əsas götürərək, bu qrumun Təhlükəsizlik Şurası hərəkətə keçmir? İraqa , Əfqanıstana gələndə BMT yada düşür, Qarabağa, Fələstinə gələndə yox? Müsəlmanlara qarşı ayrı seçkilik edirlər.Mənim açığı heyfim gəlir ki, bizim prezident Sarkisyanla görüşür. Çünki, Sakisyandan fərqli olaraq, İlham Əliyev söz sahibidir. Bütün dünya bilir ki, Sarkisyanı onun öz başı idarə etmir.”Qeyd edək ki, Simpoziumda Türkiyə ictima xadimləri ilə yanaşı Azərbaycandan millət vəkilləri, media rəhbərləri və QHT nümayəndələri iştirak edib. Millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa, QAT sədri Akif Nağı, iş adamı Hüseyin Büyükfırat, Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər, Avropa.info saytının rəhbəri Ruslan Bəşirli və digərləri Bakıdan dəvət olunanlar arasında olub.***
Bu gün İstanbulda İnsan Haqqları Vəqfi (İHH) ilə Azərbaycan Yurddaşlar Dərnəyinin birgə təşkil etdikləri Simpozium öz işinə başlayır. Xocalı Soyqırımının 23-cü il dönümünə həsr olunan konfrans “İnsanlığın Ədalət Arayışı: Xocalı Simpoziumu” adlanır.
Bu barədə danışan İHH başqanı Bülent Yıldırım nə üçün Xocalıya önəm verdiklərini açıqlayıb: ““Uzun illərdir müsəlmanların yaşadığı ölkələr işğal edilir, müsəlmanlar qətlə yetrilir. Dünyada hal-hazırda heç bir cəzası olmayan yeganə cinayət müsəlmanları qətlə yetirməkdir. Biz də məhz elə buna görə bu simpoziumu təşkil etmək qərarında gəldik. Bu tədbir vasitəsilə biz də dünyaya “baxın burada müsəlmanları qətlə yetiriblər” deyəcək, vicdanla baxmadığı üçün görə bilməyən gözlər bu ağrı-acını artıq görsün deyə vicdanları işıqlandırmağa çalışacağıq. Əfqanıstanda başlayan sovet işğalından bu yana İslam ölkələri sistemli olaraq hücumlara məruz qalır. Xocalı faciəsinin də sistem xaricində olmadığı məlumdur. Buna görə də Əfqanıstanı, Fələstini, İraqı, Suriyanı və Bosniyanı unutdurmaq istəyən güclərlə bu cinayəti işləyənlərin hədəfi birdir. Xocalı simpoziumu bu cinayəti işləyənləri məlum olan bir faciəni yenidən ictimaiyyətə xatırladacaq, vicdanları bir daha sızladacaq, həm də bu kimi digər faciələrin də gündəmə gəlməsini təmin edəcək .”
Qeyd edək ki, Simpoziumda Türkiyə ictima xadimləri ilə yanaşı Azərbaycandan millət vəkilləri, media rəhbərləri və QHT nümayəndələri iştirak etməkdədir. Millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa, QAT sədri Akif Nağı, iş adamı Hüseyin Büyükfırat, Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər, Avropa.info saytının rəhbəri Ruslan Bəşirli və digərləri Bakıdan dəvət olunanlar arasındadır.
Xatırladaq ki, Simpoziumun təşkilatçılarından və təşəbbüskarlarından biri İHH-nın qurucularından olan Hüseyin Büyükfıratdır.
Yenicag.az