!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İHH İstanbulda möhtəşəm Xocalı Simpoziumu keçirdi- Fotolar

!Reklam – Yazi

10995926_10205025582912012_8897862460541252233_n

 

Bu gün İstanbulda İnsan Haqqları Vəqfi (İHH) ilə Azərbaycan Yurddaşlar Dərnəyinin birgə təşkil etdikləri Simpozium öz işinə başlayıb. Xocalı Soyqırımının 23-cü il dönümünə həsr olunan konfrans “İnsanlığın Ədalət Arayışı: Xocalı Simpoziumu” adlanır.  Simpozimu giriş sözü ilə İHH baş katibi Yavuz Dede açıb. 

11004155_10205049730155678_1767943554_nDaha sonra Azərbaycan Yurddaşlar Dərnəyinin başqanı Zaur Əliyev çıxış edərək, Xocalı soyqırımını insanlığa qarşı suç elan edib.

Azərbaycan İstanbul konsulu Kənan Murtuzov Xocalı soyqırımı ilə bağlı çıxış edərək, mövzu ilə bağlı iştirakçılara geniş məlumat verib.

10150585_401922269971275_5903945206763525025_nAzərbaycan millət vəkilləri Fazil Mustafa, İlyas İsmayılov, Türkiyə millət vəkilləri Ali Ercoşkun, İbrahim Korkmaz, Yüksel Özden, Zeki Aygün və digərləri çıxış ediblər.

11004895_10205049729675666_1312956607_n
Simpoziumda Türkiyənin təhsil naziri Nabi Avçı, İstanbul bələdiyyə başqanı Kadir Topbaş və bir sıra tanınmış şəxslərin məktubları oxunub.

961535_10205049729035650_56212415_nHazırda Aygün Həsənoğlunun başqanlığında “Yaxın  Tarix  İşığında Qafqazda Dəyişim” adlı ilk bölüm davam edir.

***

Millət vəkili İlyas İsmayılov da tədbir təşkilatçılarına  təşəkkürünü çatdırıb. O, bu tipli faciələrin unutulmamasını və birgə addımlar atılmasının zəruri olduğunu qeyd edib.
11016615_10205049723755518_1437163143_nTürkiyə parlamentinin deputatı İbrahim Korkmaz  Xocalı soyqırımını dünyanın ən dəhşətli soyqrımlarından biri olduğunu deyib.
Bundan sonra, müxtəlif bölümlərdə müzakirələr başlayıb.  “Yaxın  Tarix  İşığında Qafqazda Dəyişim” adlı ilk bölümdə  sözü Aygün Həsənoğlu danışıb. O, Xocalıda hamilə qadınların qundağa keçirilərək öldürüldüyünü, kiçik yaşlı uşaqların zorlandığını və bunun cəzasız qalmamalı olduğunu bildirib.
11004167_10205049728475636_1471327546_nAvropa.info bildirir ki, bundan sonra Xocalı soyqırımına hüquqi qiymət mövzusunda çıxış üçün söz millət vəkili Fazil Mustafaya verilib. Fazil Mustafa bu qətliama təkcə insani baxımdan deyil, həm də hüquqi baxımdan qiymət verilməsini doğru sayıb.
“Bu  Azərbaycan türklərinə qarşı olan ilk qətliam deyil. 20-ci əsrdə dəfələrlə soyqırıma, sürgünlərə məruz qalmışıq. Dünyada baş verən və BMT tərəfindən soyqırım kimi tanınan bəzi olaylarla Xocalı faciəsi arasında eyniyyət var. Xocalı soyqırımında 613 bütün insan kateqoriyasına aid edilən insanlar qətlə yetrilmiş, 8 ailə tamamilə məhv edilmiş, sayı bilinməyən insan əsir götürülmüşdür. Xocalı ilə bağlı çəkilmiş video görüntülərdə insanların gözlərinin çıxarılması və sairə qeyri insani işgəncə metodları öz əksini tapır. Bu da BMT-nin sözləşməsinə ziddir və bu tip halları BMT adətən soyqırım kimi tanıyır. “
20150221_123323
Fazil Mustafa BMT-nin soyqırım şərtlərini açıqlayaraq, Xocalının soyqırım kimi tanınmasının bütün şərtlərlə üst-üstə düşdüyünü deyib.
20150221_114511“Təssüf ki, Xocalı soyqırımını törədən insanların bir çoxu hazırda Ermənistanda vəzifə tutur. Bu səbəbdən də onların dünyada  beynəlxalq  cinayətkar kimi tanınması çətindir. Bu səbəbdən də, biz daha çox həmin soyqırımda iştirak edən və bunu yazdıqları kitablarla, müsahibələrlə təsdiq edənlərin üzərində işlər aparılmalıdır.”
11019016_402043673292468_4825044043192784725_nXocalı faciəsinin canlı şahidi Dürdanə Ağayeva isə şəhərin işğalından danışıb. Faciəni gözləri ilə görən bu xanım baş verənlərin dəhşətini anladıb. O, ermənilərə əsir düşdüyünü və onların əsir azərbaycanlılara  davranışından danışıb.
Düzcə Universitetinin müəllimi Gökmən Kılıçoğlu çıxışında Ermənistandan qovulan soydaşlarımıza çəkdi.
 20150221_135855
Fasilədən sonra isə  “Azərbaycan -Ermənistan çəkişməsi və uluslararası aktyorlar” mövzusunda aparılan müzakirələrdə sözü  ikinci bölümün başqanı, Yenicag.az qəzerinin baş redaktoru Aqil Ələsgər açdı. Aqil Ələsgər bəzi ikilistandartlarla yanaşan qüvvələrin Xocalı soyqırımına dirnaqarası baxdığını bildirdi. Qeyd etdi ki, Xocalı sadəcə insanlığa qarşı cinayət deyil, həm də beynəlxalq təşkilatların və dünyanın ikilistandartının təsdiqidir.
Bundan sonra , söz  Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya söz verildi. Akif Nağı Qarabağ probleminin həll olunmamasında beynəlxaqlq təşkilatarı və bəzi dünya ölkələrini  suçladı. O, Qarabağ problemini Rusiyanın yaratdığını və indi də bəzi ölkələrin bundan istifadə etdiyini bildirdi.
Qarabağ müharibəsi veteranı İlqar İbrahimov isə Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılmasının vacib olduğunu deyib. O, dünya dövlətlərinin, beynəlxalq güclərin baş verənləri seyriçiliklə yanaşması haqqında deyilənlərlə razılaşmadığını bildirib.
“Çünki beynəlxalq güclərin özləri bu problemləri yaradırlar.”
“Yeni Akit” qəzetinin yazarı Kənan Alpay  isə İslam dünyasında  Qarabağla bağlı ciddi bir bilginin olmadığını deyib.
20150221_143231“Ermənistana bir xəstə kimi yanaşmaq lazımdır. Çünki , bu ölkədə mikromillətçilik mövcuddur. Təsəvvür edirsinizmi, ölkəsinin əhalisi yoxsulluq altındadır, amma  ifrat millətçilik irəli sürürlər. Onları müalicə etmək lazımdır. Amma bundan öncə də, İslam dünyasınada Qarabağ məsələsini yaymaq lazımdır. Məsələn Bosniya məsələsi bütün İslam dünyasını ayağa qaldırdı. Amma niyə Qarabağla bağlı belə olmadı.”
20150221_143903Tədbirin son bölümünü isə Timeturk saytının rəhbəri Nevzat Çiçək aparıb.
1506989_401992916630877_6039518504415373543_n
Çıxış edən  Dr professor Xelel Bal  Azərbaycanın hər zaman hərbi yolla da torpaqları azad etməyə hazır olmağı tövsiyyə edib.
Millət vəkili İlyas İsmayılov isə Qarabağın işğal tarixindən danışıb. ” İşğaldan əvvəl Yunanıstanda daşnaqlar tədbir keçiriblər və bir səs çoxluğu ilə Azərbaycan torpaqlarının işğalına qərar verilib. Ruslar isə onlara dəstək verdilər.”
İlyas İsmayılov  ATƏT-in tövsiyəedici bir qrum olduğunu, Qarabağ münaqişəsinin həllini  bu təşkilata tapşırmağın yanlış olduğunu deyib.
“Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bu qətnamələrə görə, Ermənistan işğalçı dövlət kimi tanınır. Niyə BMT-nin qətnamələrini əsas götürərək, bu qrumun Təhlükəsizlik Şurası hərəkətə keçmir? İraqa , Əfqanıstana  gələndə BMT yada düşür, Qarabağa, Fələstinə gələndə yox? Müsəlmanlara qarşı ayrı seçkilik edirlər.
Mənim açığı heyfim gəlir ki, bizim prezident Sarkisyanla görüşür. Çünki, Sakisyandan fərqli olaraq, İlham Əliyev söz sahibidir. Bütün dünya  bilir ki, Sarkisyanı onun öz başı idarə etmir.”
10982113_402069113289924_195246717289273701_nQeyd edək ki, Simpoziumda Türkiyə ictima xadimləri ilə yanaşı Azərbaycandan millət vəkilləri, media rəhbərləri və QHT nümayəndələri iştirak edib. Millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa, QAT sədri Akif Nağı, iş adamı Hüseyin Büyükfırat, Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər, Avropa.info saytının rəhbəri Ruslan Bəşirli və digərləri Bakıdan dəvət olunanlar arasında olub.

***

Bu gün İstanbulda İnsan Haqqları Vəqfi (İHH) ilə Azərbaycan Yurddaşlar Dərnəyinin birgə təşkil etdikləri Simpozium öz işinə başlayır. Xocalı Soyqırımının 23-cü il dönümünə həsr olunan konfrans “İnsanlığın Ədalət Arayışı: Xocalı Simpoziumu” adlanır.  

11008918_10205049726715592_1391638684_nBu barədə danışan İHH başqanı Bülent Yıldırım nə üçün Xocalıya önəm verdiklərini açıqlayıb: ““Uzun illərdir müsəlmanların yaşadığı ölkələr işğal edilir, müsəlmanlar qətlə yetrilir. Dünyada hal-hazırda heç bir cəzası olmayan yeganə cinayət müsəlmanları qətlə yetirməkdir. Biz də məhz elə buna görə bu simpoziumu təşkil etmək qərarında gəldik. Bu tədbir vasitəsilə biz də dünyaya “baxın burada müsəlmanları qətlə yetiriblər” deyəcək, vicdanla baxmadığı üçün görə bilməyən gözlər bu ağrı-acını artıq görsün deyə vicdanları işıqlandırmağa çalışacağıq. Əfqanıstanda başlayan sovet işğalından bu yana İslam ölkələri sistemli olaraq hücumlara məruz qalır. Xocalı faciəsinin də sistem xaricində olmadığı məlumdur. Buna görə də Əfqanıstanı, Fələstini, İraqı, Suriyanı və Bosniyanı unutdurmaq istəyən güclərlə bu cinayəti işləyənlərin hədəfi birdir. Xocalı simpoziumu bu cinayəti işləyənləri məlum olan bir faciəni yenidən ictimaiyyətə xatırladacaq, vicdanları bir daha sızladacaq, həm də bu kimi digər faciələrin də gündəmə gəlməsini təmin edəcək .”

Qeyd edək ki, Simpoziumda Türkiyə ictima xadimləri ilə yanaşı Azərbaycandan millət vəkilləri, media rəhbərləri və QHT nümayəndələri iştirak etməkdədir. Millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa, QAT sədri Akif Nağı, iş adamı Hüseyin Büyükfırat, Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgər, Avropa.info saytının rəhbəri Ruslan Bəşirli və digərləri Bakıdan dəvət olunanlar arasındadır.

Xatırladaq ki, Simpoziumun təşkilatçılarından və təşəbbüskarlarından biri İHH-nın qurucularından olan Hüseyin Büyükfıratdır.

10967667_10205049731595714_472348973_n


11005771_10205049730635690_1417671558_n

11016554_10205049727555613_133675731_n



20150221_142831
20150221_12071411004895_10205049729675666_1312956607_n

Yenicag.az

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv