!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xocalı soyqırımı-30“ beynəlxalq konfransı çərçivəsində Gürcüstanda görüşlər keçirildi

!Reklam – Yazi

“Üçüncü Sektor”İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində “Xocalı soyqırımı-30 “ beynəlxalq konfransı çərçivəsində Gürcüstanın aparıcı QHT-lərindən olan “Alyans” Gənclər Mərkəzində Gürcüstanın ictimai, siyasi həyatında yaxından iştirak edən soydaşlarımızla və “Alyans” Gənclər Mərkəzinin kollektivi ilə görüş keçirilib.

Görüşədə mərkəzin rəhbəri Leyla Əmrahova, icraçı direktoru Rəna Hüseynova və digər şəxslər iştirak ediblər.

Görüşdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımların Gürcü ictimayyətinə çatdırlması üçün səylərin artırılması ilə bağlı müzakirələr keçirilib.

Qeyd edək ki, Paytaxt Tbilisidə yerləşən “Alyans” Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli istifadə olunması üçün fəaliyətə başlayıb. Mərkəzdə Azərbaycan tarixi, Azərbaycan dili, xarici dillər, xalçaçılıq və rəssamlıq kursları mövcuddur. Dil kurslarına isə alman dili, gürcü dili və inglis dili daxildir. Kurslarda ən çox Azərbaycan dili və tarixinə yer verilib.

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv