Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xocalı soyqırımının qurbanları İstanbulda anılacaq

Xocalı soyqırımı ilə əlaqədar İstanbulda sərgi və panel təşkil olunacaq.

Yenicag.az xəbər verir ki, İstanbulun Kazlıçeşme mədəniyyət mərkəzində Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi İstanbul Türkiyə-Azərbaycan Dərnəyininin (İSTAD) təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xocalı soyqırımının qurbanları anılacaq, ermənilərin törətdikləri vəhşiliklərin fotoları nümayiş olunacaq. Paneldə millət vəkili Qənirə Paşayeva, İstanbul universitetinin müəllimi prof.dr. Halil Bal, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Yazıçı Qadınlar Birliyinin sədri Nüşabə Məmmədli və psixoloq Mehmet Yiğit məruzəçi olacaqlar. Yazıçı Metin Yıldırımın aparacılığı ilə təşkil olunacaq paneldə Səidə Ömər Zəlimxan Yaqubun “Layla Xocalı Layla” şeirini səsləndirəcək.

Qeyd edək ki, yerli vaxtla 19:30-da keçiriləcək tədbirə giriş sərbəstdir.

www.yenicag.az

1685
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM