!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalıda traktor minaya düşdü, xəsarət alan var - YENİLƏNDİ + FOTO

!Reklam – Yazi

Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi zamanı bir nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 24-də Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

12:18

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.

Araşdırma aparılır.

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv