!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xocasən”də niyə avtobus xətləri azdır? – RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, “Xocasən”də metrostansiya açılıb. Lakin əhalinin çoxu bu stansiyadan istifadə edə bilmir. Səbəb isə odur ki, oradan Hökməli, Xırdalan, Lökbatan və digər qəsəbələrə avtobuslar sistemli şəkildə işləmir. Belə ki, digər qəsəbələrə getmək istəyən şəxslər saatlarla avtobus gözləmək məcburiyyətində qalırlar.

Bəs bu qədər gecikmə yaşanmasının səbəbi nədir? Tıxaclar, yoxsa avtobusların az olması?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev bildirib ki, avtobus xətləri davamlı olaraq yenilənir:

“Kim deyir ki, yenilənmə işləri aparılmır? Bu yaxınlarda “BakuBus” tərəfindən 130 nömrəli marşrut xətti yaradıldı. O istiqamət üzrə beşə yaxın xətt keçir. Hətta 155 nömrəli marşrut xətti də təşkil edilib. Sərnişin tələbatı olarsa, əlavə işlər görüləcək”.

Şahanə Paşa

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv