!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərə hökm oxundu

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində Xocavənddə xarici şirkətə məxsus yük avtomobilini oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişova hökm oxunub.

Yenicag.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Alıpaşayev 5, İ.Məmişov 2, Z.Əsədullayev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindən xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Xocavənd RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi./Report/

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv