!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xorvatiya ilə Almaniya arasında "SİYASİ QALMAQAL": XİN rəhbəri Berboku ÖPMƏK İSTƏDİ - FOTO/VİDEO

!Reklam – Yazi

Xorvatiya ilə Almaniya arasında “siyasi qalmaqal” yaşanıb.

Yenicag.az xəbər verir ki, bu barədə alman nəşri “Bild” məlumat yayıb. Qəzet yazır ki, Xorvatiyanın xarici işlər və Avropa işləri naziri Qordan Radman Berlində keçirilən Aİ nazirlərinin sammitində Almaniyanın xarici işlər naziri Annalena Bearboku öpməyə cəhd edib.

Nəşr zirvədən yayılan fotoya istinadən yazır ki, Radman əvvəlcə alman həmkarının əlindən tutub, daha sonra Berbokun dodaqlarından öpmək istəyirmiş kimi hərəkət edib. Lakin Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri tez yayınıb.

“Bild” xəbər verir ki, bu hadisə əslində Xorvatiyanın xarici işlər nazirinin fotosessiyaya gecikdiyi üçün baş verib. Radman bu yolla həmkarını salamlamaq istəyib, çünki artıq bütün nazirlər artıq bir-birini salamlanışdılar.

Qəzet yazır ki, Gordan Radman artıq Almaniyanın xarici işlər nazirindən üzr istəyib.

Xuraman Etibarlı

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv