!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xoşbəxt Yusifzadənin bu sahədəki böyük xidmətləri...” – Millət vəkili

!Reklam – Yazi

“Bu gün daha bir böyük alimimizi, yaxşı insanı haqq dünyasına yola salırıq”.

Bu fikirləri SOCAR-ın birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı danışan Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Xoşbəxt Yusifzadə Xəzər dənizinin geoloji xüsusiyyətlərinə çox yaxşı bələd idi və təbii sərvətlərimizin aşkarlanmasında onun xidmətləri böyükdür:

“Xoşbəxt Yusifzadə neft-geologiya sahəsində böyük təcrübəyə malik neftçi-alim idi. O, Xəzərin dənizinin geoloji xüsusiyyələrini hamıdan yaxşı bilirdi və kəşfiyyat-axtarış işləri apardığı bütün sahələrdə böyük həcmdə neft-qaz yataqları aşkarlanıb.

Məlimdur ki, neft ölkəmizin iqtisadi inkişafının lokomotividir. Bütün uğurlarımızın iqtisadi əsasları neftlə formalaşıb. Xoşbəxt Yusifzadənin bu sahədəki böyük xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib.

Hələ sağlığında onun adı məktəbə verilib və adını daşıyan tanker istismara qəbul edlib. Belə hadisələr tarixdə çox nadir hallarda baş verir. Bu gün daha bir böyük alimimizi, yaxşı insanı haqq dünyasına yola salırıq.

Allah Xoşbəxt müəllimə rəhmət eləsin”.

Yusif Səmədzadə

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv