Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Yenicag.az-ın xəbərinə görə, Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) fakt üzrə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.
İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətinin orta-ağır kimi qiymətləndiriblər.
Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb./Report/