!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xose Bernardonun bıçaqlanması ilə bağlı cinayət işi başlandı

!Reklam – Yazi

 Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Yenicag.az-ın xəbərinə görə, Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) fakt üzrə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.

İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətinin orta-ağır kimi qiymətləndiriblər.

Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb./Report/

www.yenicag.az

2422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv