!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xuramandan SƏS-KÜYLÜ AÇIQLAMA: “Arxadan yağlı quyruqlu metis qoyuna oxşayır”

!Reklam – Yazi

“Əvvəllər yağlı quyruqlu metis qoyunlar olurdu, bədənşəkilləndirmə əməliyyatı etdirən qadınlar o qoyunlara bənzəyirlər və çox iyrənc görünürlər…”

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Xuraman Nicat deyib.

Aktrisa aşırı dərəcədə əməliyyat etdirib, bədən formasını dəyişən xanımlarla bağlı qalmaqallı fikirlər səsləndirib:

“Xanımlar baxımlı olmalıdır. Bir var baxımlı olmaq, bir də var insan genetikasından, fiqurasından uzaqlaşmaq. Allah bizə bir vücud verib. Onu aşırı dərəcədə dəyişdirmək nə Allaha xoş gedir, nə də bəndəyə. Bəzi xanımar elə bilir ki, estetik əməliyyatlarda nail olduqarı belə dəyişim əks cinsin nümayəndələrinin xoşuna gəlir, amma, əksinə, zəhlələri gedir.

Hər bir xanım estetik əməliyyat etdirə bilər. Əgər vücudunda nəsə narahatlıq yaradırsa, bunu etdirə bilər. Məndə də diskomfort yaradan problemlər olub və məcburiyyətdən bu əməliyyatı etdirmişəm. Əndazə aşılanda çox bayağı görünür. Küçə ilə gedirsən, baxırsan insanların bədən fiquraları hamısı bir-birinə oxşayır. Əvvəllər yağlı quyruqlu metis qoyunlar olurdu, bədənşəkilləndirmə əməliyyatı etdirən qadınlar o qoyunlara bənzəyirlər və çox iyrənc görünürlər”.

Cəvahir

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv