!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən telekanallara SƏRT İTTİHAM: “Bizdə biznes olsaydı, əsl sənətkarları çağırıb...”

!Reklam – Yazi

“Kütləni öz səviyyəmizə qaldırmalıyıq, onların səviyyəsinə düşməməliyik”.

Bu sözləri Əməkdar jurnalist Qulu Məhərrəmllinin sosial şəbəkələrdə gündəm olan “Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır” fikrinə münasibət bildirən Xalq artisti, ustad tarzən Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti tanınmış jurnalistin fikirlərini dəstəkləyib:

“Bu, tək Qulu Məhərrəmlinin yox, milyonların fikridir. Vallah, ayıbdır. Əsl sənətdə şou olmur. Heç bizdə şou-biznes də yoxdur. Şou da yaxşıdır, sənət də, amma yaxşısından olasan.

Əgər bizdə biznes olsaydı, telekanallar əsl sənətkarları çağırıb pulunu verərdi. Yalvarıb-yaxarıb, min cür yolla efirə gəlirlər ki, verilişlərdə dava salım, qalmaqal yaradım, gündəmə gəlim. Bunları efirlərdən yığışdırmaq lazımdır. Belə şou, belə biznes olar?

Mən lazım olanda telekanal rəhbərlərinə sözümü deyirəm. Deyirlər, alınmır, kanalı reklam hesabına saxlayırıq. Ondansa, bağla getsin. Kütləni öz səviyyəmizə qaldırmalıyıq, onların səviyyəsinə düşməməliyik.

Mənim o televiziyaya sərf olunan vəsaitə heyifim gəlir. O verilişlər zövqləri, tərbiyəni korlayır, gənclərin beynini zəhərləyir. Bidiyimə görə, o verilişlərə baxan yoxdur, varsa da elə o səviyyədə olan adamlardır. Yəqin buna bir əncam çəkmək lazımdır.

20-30 il əvvəl dünyasını dəyişən o sənətkarları indiki nəsil tanımır. Musiqimiz, mədəniyyətimiz bərbad günə salınıb. Hanı Qızıl Fondda olan o bənzərsiz səslər? Niyə onları efirə verən yoxdur? Gərək elə ildə bir dəfə vəfatlarının ildönümündə versinlər? O da yadlarına düşsə…

Verin o sənətkarların lent yazılarını, bu gənc nəsil onları tanısın. Yoxsa ki elə bilirlər, sənətkar efirə çıxıb şou xatirinə qalmaqal yaradan, dava-qışqırıq salan, ara mahnıları oxuyan o müğənnilərdən ibarətdir. Qoy tanısınlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Rəşid Behbudov, Fikrət Əmirov kimdir. Çox acınacaqlı vəziyyətdir”.

Cəvahir

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv