Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Yadigar Sadıqlı "Müsavat"ın rüşvətlə verdiyi saxta sənədlərin ifşasından danışdı: “İsa Qəmbərlə Arif Hacılı “mühacirət məsələsi”nin açılmasına imkan vermədi”

Reklam: Sinerji Pro

“Təəssüf ki, bu gün mühacurətdən gələn xəbərlər Müsavat adına ləkədən başqa bir şey deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Almaniya polisinin ölkədə məskunlaşan azərbaycanlı mühacirlərə qarşı həyata keçirdiyi əməliyyat zamanı aralarında Müsavat AKM-in sədri də olmaqla, bir neçə nəfəri həbs etməsinə münasibət bildirən Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı deyib.

Yadigar Sadıqlının sözlərinə görə, Müsavat başqanı Arif Hacılı zaman-zaman qabaran və partiyanın adının neqativ planda hallanmasına yol açan “mühacir problemi” məsələsinin aydınlaşdırılmasında maraqlı olmayıb:

“Müsavat Partiyasına təqribən iki il əvvəl Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) üzvləri tərəfindənbu qurumun fəaliyyətində şəffaflığın olmaması ilə bağlı şikayət daxil olmuşdu.

Arif Hacılı bildirirdi ki, Müsavat AKM müstəqil qurumdur və partiyaya heç bir aidiyyatı yoxdur. Ancaq Arif Hacılı həmişə Almaniyaya gedəndə, o adamlarla şəkil çəkdirib, Müsavat AKM-in təsis konfransında iştirak edib. Həmin konfransa mən də qatılmışdım.

O təşkilatın adında “Müsavat” sözü var. Müsavat AKM-in Əsasnaməsində belə bir müddəa var idi ki, Müsavat Partiyasının üzvi olanlar Müsavat AKM-ə üzv ola bilərlər. Bütün bunlar onu göstərir ki, bu təşkilatla Müsavat Partiyası arasında ən azı mənəvi bağlılıq var.

Digər tərəfdən, Müsavat AKM ictimai fikirdə Müsavat Partiyası ilə əlaqəli qurum kimi qəbul edilirdi, partiyanın rəhbərliyi də belə görüntü yaradırdı. Çünki Müsavat AKM hər hansı bir aksiya, tədbir keçirəndə, Müsavat başqanı onu sosial şəbəkələrdə paylaşırdı. Müsavat Partiyasına yaxın olan Bastainfo.com saytı da o barəədə xəbəri yayımlayırdı.

Müsavat Partiyasında bir-iki nəfərdən başqa, rəhbərlikdə təmsil olunanların əksəriyyəti o məlumatları paylaşırdılar. Bu da ictimaəytdə istər-istəməz belə bir təəssürat yaradırdı ki, Müsavat AKM Müsavat Partiyası ilə əlaqəli təşkilatdır.

Bir neçə dəfə Müsavat AKM-in tədbirilərində Müsavat başqanı da daxil olmaqla, bir neçə nəfər gedib iştirak edib. Biz bütün bunları nəzərə alaraq, Müsavat AKM-in fəaliyyətində şəffaflığın təmin olunmasını, əgər bunu da edə bilmiriksə və onlar doğrudan da müstəqil qurumdularsa, Müsavat Partiyası ilə məsafələnməsini istədik. Ancaq buna nail ola bilmədik.

İlk növbədə Müsavat başqanı Arif Hacılının müqaviməti, o cümlədən, İsa Qəmbərin də ona dəstək verməsi nəticəsində bizim partiyadakı imkanlarımız həmin təşəbbüslərin baş tutması üçün yetərli olmadı. Əksinə, bizim haqqımızda dövriyyəyə min cür şayiə buraxdılar. Ddilər ki, hökümət də bizi bu məsələ ilə bağlı sorğu-suala tutub, bizim daxilimzdə olanlar da… Bizi xain, düşmən çıxardılar. Eyhamla da olsa, belə bir fikir formalaşdırmağa çalışdılar ki, guya biz hökümətə işləyirik.

Çox təəssüf ki, Müsavat üzvlərinin bir çoxu bu iftiralara inandılar. Adi gözlə görüləsi faktlar var… Necə olur, heç bir fəaliyyəti olmayan, hansısa təqiblərə, təzyiqlərə məruz qaldığı bilinməyən insanlar birdən-birə Avropada Müsavat AKM-in tədbirlərində peyda olurdular.

Az-çox tənqidi düşüncəsi olan müsavatçı özünə sual verməli idi ki, axı bunlar kimlərdir, nə zaman və hansı təzyiqlərə məruz qalıblar? Bunu etmək əvəzinə, Arif Hacılı və onun ətrafındakıların bizə qarşı uydurduqları böhtanlara inandılar. Bəlkə də inanmayıb, ancaq rəhbərliyə xoş gəlmək üçün dəstək verənlər oldu. Nəticədə partiyada mövcud vəziyyət yarandı. Qurultayda da nəticələri gördünüz, üzvlərin 78 faizi Arif Hacılıya yenidən səs verdi”.

Yadigar Sadıqlı vurğulayıb ki, Müsavat Partiyasının adı hallanan bugünkü rəzalətə görə Arif Hacılıya səs vermiş həmin 78 faizlik kəsim də məsuliyyət daşıyır:

“Onlar Məhəmməd Əmin Rəsulzadənin ruhu qarşsıında məsuliyyət daşıyırlar. Hazırda baş verənlər çox biabırçı bir haldır. O zaman Müsavat AKM-in təsis konfransında iştirak edəndə, analogiya aparmışdım ki, müsavatçılıqla mühacirət tarixi ayrılmaz olub.

O zaman Məhəmməd Əmin Rəsulzadə və əqidədaşları da mühacirətdə yaşaybılar. Ancaq onlar Azərbaycan naminə fəaliyyət göstəriblər. Məhəmməd Əmin Rəsulzadəni həm də onun mühacirətdə yazdığı əsərlər bizə tanıdıb. Onlar mühacirətdə bu işlə məşğul idilər.

Bu gün mühacurətdən gələn xəbərlər isə Müsavat adına təəssüf ki, ləkədən başqa bir şey deyil. Çox təəssüfedici haldır. Baxmayaraq ki, əlimdən gələni etdim, şəxsən mən Məhəmməd Əmin Rəsulzadənin ruhu qarşısında utanıram. Müsavat Partiyasının adını, özünü uca tutmağa çalışsam da, təəssüf ki, buna gücüm çatmadı. Amma yenə də, utanıram”.

Səxavət Məmməd

www.yenicag.az

2503
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM