!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yağıntılı hava bu tarixədək davam edəcək

!Reklam – Yazi

Qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və Abşeron yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv