!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yağış əvvəlki qiymətləri “YUDU” - Taksidə gediş haqqı KƏLLƏ-ÇARXA ÇIXDI

!Reklam – Yazi

Yayın “oğlan çağında” paytaxt Bakıya yağan yağış taksilərdə  qiymətləri kəllə-çarxa qaldırıb.

Yenicag.az paytaxtın bir neçə ərazisində taksi qiymətləri ilə maraqlanıb.

“20 Yanvar” dairəsindən Xırdalan, Masazır ərazisinə hər gün sərnişinləri 1-2 manata aparan taksi sürücüləri qiyməti 2- 3 manata qaldırıblar.

Lökbatandan “20 Yanvar” dairəsinə hər gün 1 manata sərnişin gətirən taksi sürücüləri qiyməti iki dəfə qaldırıb.

Sözügedən ərazidən şəhərə doğru gələn taksilər də “qonşudan qalma dala” prinsipinə əməl edərək sərnişinlərə iki dəfə baha qiymət oxuyublar.

28 may metrosundan 4-cü mikrorayon ərazisinə hər gün təxminən 4 manata gedən taksilər yağışlı havada qiyməti 7-8, hətta 10 manata qədər artırıb.

Süni qiymət artımı digər ərazilərdə də müşahidə olunub. Belə ki, yağışlı havadan “bəhrələnən” taksi şirkətləri qiymətləri 40-50% bahalaşdırıblar.

Cəvahir

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv