!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yağışdan çıxıb, UCUZLAŞMAYA DÜŞDÜK: Qeyri-sabit hava istirahət məkanlarında qiymətlərə NECƏ TƏSiR EDİR?

!Reklam – Yazi
“Əgər yağış davamlı olarsa, türizm üçün əlverişli olan bölgələrimizin istirahət məkanlarında qiymətlərdə fərqi görə bilərik”.
Bunu hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinin Azərbaycanın bölgələrindəki istirahət məkanlarına gedənlərin sayına və oradakı qiymətlərə təsirlərini şərh edərkən turizm məsələləri üzrə ekspert  Əziz Şiriyev Yenicag.az-a açıqlamasında deyib.

O, qısamüddətli yağışın turizm sektoruna ciddi təsirinin olmadığını bildirib:

“Maraqlı məqam yağıntıların həftə sonuna düşməməsi oldu. Bazar ertəsi onsuz da çox adam bölgələrə istirahətə getmir. İndi regionlarda olan restoran, hotel və digər iaşə obyektləri ilə əlaqə saxlasaq, kifayət qədər adamın olduğunu öyrənəcəyik.

Yayda yağan yağışlar insanlara çox da təsir göstərmir. Məsələn, günün ikinci yarısı havanın dəyişməsi və günün çıxmasının şahidi olacağıq.
2-3 saatlıq yağış turizmə elə bir ciddi təsir göstərə bilməz.

Əgər yağış davamlı şəkildə olarsa, türizm üçün əlverişli olan bölgələrimizin istirahət məkanlarında qiymətlərdə fərqi görə bilərik. Amma hazırkı məqamda istər iaşə obyektlərində, istərsə də restoran, hotellərdə standart qiymətlər qalmaqdadır”.

Sadiq Cavadov

www.yenicag.az

1849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv