Reklam: High Technic
hightechnic

Yağışlı havalar qayıdır

imagesAzərbaycanın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, iyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-22˚, gündüz 27-32˚ isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 17-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 18-23˚, gündüz 31-36˚, dağlarda gecə 10-15˚, gündüz 19-24˚ isti olacaq.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16, 17 və 18-də Bakıda və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Azərbaycanın bölgələlərində isə arabir güclənən şərq küləyi əsəcək.

www.yenicag.az

106