!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yalançı "əlaçılar" - "Təhsilimizi qara günə qoyanlar cəzalandırılmalı, valideynlər isə..." - TƏHSİL EKSPERTİ

!Reklam – Yazi

“Belə problemlər kimlərinsə qeyri-qanuni yollarla qazanc əldə etmək istəyindən, kimlərinsə də qeyri-qanuni yollarla övladının gələcək həyat şəraitini yaxşılaşdırmaq həvəsindən meydana çıxır”.

Bunu Dövlət İmtahan Mərkəzi tərəfindən cəmiyyətə açıq paylaşılan statistikada məktəbi yüksək qiymətlərlə bitirən abituriyentlərin universitetə qəbul imtahanında zəif nəticə göstərməsinin səbəblərindən danışan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, məktəb vaxtı qiymətləri “əla” olan şagirdlərin universitetə qəbul imtahanı zamanı zəif nəticə sərgiləməsinin başlıca səbəbi göstəricilərinin obyektiv olmamasıdır:

“Həmin qiymətlər qeyri-qanuni əsaslarla yazılır. Bunun isə bir neçə səbəbi var. Bəzi valideynlər övladlarının attestat qiymətlərinin nə qədər yüksək olarsa, universitetə qəbul olma şanslarının bir o qədər çox olduğunu düşünür. Bu amili nəzərə alaraq direktora övladının qiymətlərinin “5” olması üçün nələrsə vəd edir. Nəticə etibarilə həmin şagirdlər imtahan zamanı gözləntiləri doğrultmur və zəif nəticə göstərir.

Məktəblərdə belə halların qarşısının alınması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi direktorlara tapşırıq verməlidir. Həmin səhvə yol verən direktora birinci növbədə xəbərdarlıq edilməli, təkrarlandığı halda töhmət verilməli, ardınca isə işindən kənarlaşdırılmalıdır. Çünki belə hallar ölkədə ümumi təhsil səviyyəsinin aşağı olmasına gətirib çıxarır. Və “niyə belə hallar baş verir?” sualı altında müzakirə mövzusu yaranır.

Təbii ki belə problemlər kimlərinsə qeyri-qanuni yollarla qazanc əldə etmək istəyindən, kimlərinsə də qeyri-qanuni yollarla övladının gələcək həyat şəraitini yaxşılaşdırmaq həvəsindən meydana çıxır. Hazırkı problemi əvvəlki dövrdən qoyulan ənənələrin ardı kimi görə bilirik. Yəni vaxtilə rüşvət əsasında işə qəbul olunan direktor qoyduğunu götürməklə məşğul olub. Pulla attestat satıb, yaxud məktəbə uşaq qəbul edib. Bu halların qarşısını almaq üçün aidiyyəti qurumlar və nazirlik əməli addımlar atmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv