Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yalnız bu ünvanlarda heyvan kəsilə bilər - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda, qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, həmçinin, bu sahədə müşahidə edilən qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş sexlərdə həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa səsləyib.

Qeyd edək ki, artıq respublikamızın regionları ilə yanaşı, Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır.

Bakı şəhəri üzrə stasionar kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

Nizami rayonu, H.Əliyev prospekti, 92;

Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 26;

Sabunçu rayonu, Sabunçu ŞTQ, Aydınbəyov küçəsi, ev 2, mənzil 33;

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 1A;

Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, ev 20;

Binəqədi rayonu, Şamaxı şosesi, 16;

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 10, mənzil 56;

Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, H.Saqib küçəsi, ev 27;

Nizami rayonu, Ş.Kamilov küçəsi, 1;

Nəsimi rayonu, A.Mustafayev küçəsi, 23/24;

Qaradağ rayonu, Lökbatan qəsəbəsi;

Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi;

Nizami rayonu, Çobanzadə küçəsi, 63, 2403-cü məhəllə;

Binəqədi rayonu, C.Xəndan küçəsi, 52C;

Dərnəgül qəsəbəsi, Ş.Məmmədova və H.Hüseynov küçələrinin kəsişməsi;

Xəzər rayonu, Binə ŞTQ, R.Əşrəfov küçəsi, ev 20;

Sabuncu rayonu, Zabrat ŞTQ, Babək küçəsi, 110H;

Xətai rayonu, H.Aslanov qəsəbəsi, ev 6.

AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırıb.

www.yenicag.az

612