!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanacaq daşıyan yük qatarı relsdən çıxdı - Ölən var

!Reklam – Yazi

Kanadanın mərkəzi Manitoba vilayətində yanacaq daşıyan yük qatarı relsdən çıxıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Şənbə günü axşam bölgənin şimalında yerləşən ucqar ərazidə qatarın üç lokomotivi və bir neçə ilk vaqonu relsdən çıxıb.

Əsas lokomotivdəki iki maşinist yaralanıb. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, digəri isə helikopterlə Tompson şəhərinin xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəzanın səbəbləri məlum deyil. İlkin məlumata görə, sisternlərdən yanacaq sızması baş verməyib.

Üç lokomotiv və 27 vaqondan ibarət qatar “Arctic Gateway Group” şirkətinə məxsusdur.

www.yenicag.az

6114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv