!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanan "Gelandewagen"lə bu maşın yarışırmış - FOTOLAR

!Reklam – Yazi

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza hələ də müzakirə olunmaqdadır.

Yenicag.az xəbər verir ki, 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Hadisə şahidlərinin dediyinə görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan “Gelandewagen” başqa bir maşınla ötüşürmüş.

Sosial şəbəkələrdə də artıq bu barədə məlumatlar dolaşır. Sözügedən maşının 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə yarışdığı bildirilir.

Yenicag.az bəhs edilən “Mazda”nın fotolarını təqdim edir:

Yenicag.az

www.yenicag.az

1677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv