!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanan gəmidən iki dənizçinin cəsədi tapıldı

!Reklam – Yazi

Cənubi Koreya sahillərində yanan gəmidən iki rusiyalı dənizçinin cəsədi tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi rəsmiləri bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Cənubi Koreyanın Ulsan sahil şəhəri yaxınlığında içərisində 25 nəfərin olduğu Rusiya balıqçı gəmisində yanğın baş verib.

Qeyd olunub ki, 769 tonluq gəmi Seuldan təxminən 300 km cənub-şərqdə, Ulsan sularında Rusiyaya doğru istiqamətdə üzərkən alovlanmağa başlayıb.

İlkin məlumatlara əsasən, 21 nəfər təxliyə edilmişdi, lakin yanğın nəticəsində 4 rusiyalının itkin düşdüyü bildirilirdi.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv