!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanğın hadisələrinə yol açan SƏHLƏNKARLIQ: “Təhlükəsizlik qaydalarının pozulması və...”

!Reklam – Yazi

“Ölkədə ard-arda baş verən yanğın hadisələrinin əsas səbəbi cavabdeh şəxslərin səhlənkarlığıdır”.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, baş verən hadisələrdə hər hansı bir təxribatdan söhbət gedə bilməz:

“Baş verən yanğınlar insan tələfatına, əmlaka ciddi şəkildə ziyan vurulmasına və biznes fəaliyyəti ilə məşğul olanların itkilərə məruz qalmalarına gətirib çıxarır. Ümümiyyətlə, dünyada belə bir tendesiya var ki, təhlükəsizliyin təmin olunması ciddi vəsait tələb edir. Lakin vaxtında bu işlərə vəsait ayırmaq lazımdır ki, sonradan ciddi fəsadlara səbəb olmasın.

Son hadisələrlə bağlı müvafiq cinayət işləri qaldırılıb, hər bir cinayət işində obyektiv, subyektiv məqamlar, yanğının baş verməsində qəsdin olub-olmaması və digər səbəblər tam şəkildə araşdırılacaq. Təhlükəsizliklə bağlı hər hansı bir norma və qaydaların pozulması çox ağır nəticələrə gəririb çıxarır.

Düşünürəm ki, obyektin təhlükəsizlik məsələsində məsuliyyət daşıyan cavabdeh şəxlər mütləq şəkildə buna ciddi yanaşmalıdırlar. Havaların sərt və soyuq keçməsi səbəbindən elektrik qurğularından normadan artıq istifadə və ya normaya cavab verməyən qurğulardan istifadə belə ciddi təklükələrin yaranmasına yol açıq.

Elə obyektlər var ki, onlar doğrudan da, düşmən üçün və ya düşmənin xüsusi xidməti orqanları üçün ciddi bir əhəmiyyət kəsb edə bilər. Lakin burada görünür ki, həmin obyektlər təxribat üçün hədəf seçilcək obyektlər deyil. Hətta onların qarışıqlıq yaratmaq fikri olsa da, bu hadisələrdə hər hansı təxribatdan söhbət gedə bilməz.

Həmin yanğın hadisələri ancaq səhlənkarlıq və öz işinə münasibətin aşağı səviyyədə olması səbəbindən baş verir. Düşünürəm ki, bu hadisələrdə Fövqəladə Hallar Nazirliyi öz vəzifəsinin öhdəsindən gələrək insan itkisinin qarşısını ala bildi. Əsas məqam odur ki, qaz sızması, yanğınlar və digər insan tələfatına səbəb olan halların yaranmaması üçün qurumların nəzarəti ilə yanaşı, hər bir Azərbaycan vətəndaşı da təhlükəsizlik qaydalarına riayət etməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv