!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanğınlara görə uçuşlar dayandırıldı - FOTO

!Reklam – Yazi

İtaliyada başlayan meşə yanğını böyük təhlükə yaradıb.

Yenicag.az xəbər verir ki, Siciliya adasının Palermo şəhərinin Cinisi qəsəbəsində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib.

Alovun Falcone Borsellino hava limanına yaxınlaşması səbəbindən uçuşlar yerli vaxtla saat 11:00-a qədər dayandırılıb.

Palermoda risk altında olan bir çox yaşayış məntəqələri boşaldılıb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada çətin hava şəraiti səbəbindən yanğına müdaxilənin çətinləşdiyi, İtaliyanın digər bölgələrindən də yardımların göndəriləcəyi bildirilib.

Hazırda 30 yanğınsöndürənin müdaxilə etdiyi yanğınlar səbəbilə şəhərdə bəzi magistral yolların nəqliyyata bağlanıb.

Qeyd edək ki, Avropada həddindən artıq istilər yanğınlara səbəb olub.

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv