!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanğınsöndürmə balonu alovu niyə söndürmür? - VİDEO

!Reklam – Yazi

Yanğınsöndürmə balonu yanğını söndürməyib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, bir neçə şəxs ərazidə yanğınsöndürmə balonunun yanğını söndürüb-söndürmədiyini yoxlayıb. Məlum olub ki, balondakı maddə yanğını söndürə bilməyib, əksinə, daha da alışdırıb.

Məsələ ilə bağlı Oxu.azın əməkdaşı aidiyyəti qurumla əlaqə saxlayıb.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, balonun saxlanma şəraitinə riayət olunmayanda balonun daxilindəki maddə keyfiyyətini və funksionallığını itirir, lazımsız əşyaya çevrilir:

“Yanğınsöndürmə balonları tərkibindəki odsöndürücü maddənin tipinə görə qaz, köpük, toz, su kimi növlərə bölünür. Bu növlərin hər biri yanğının müəyyən sinfinin söndürülməsi üçün təyin olunub. Yanğın siniflərə bölünür: A – qatı materiallar (kağız, taxta, parça); B – maye maddələr (neft-kimya məhsulları və digər tezalışan maddələr); C – qaz halında maddələr (metan, propan, maye qaz, asetilen və təbii qaz); D – tərkibində metal olan maddələr; E – gərginlik altında olan elektrik qurğuları. Bütün növ odsöndürən balonlara müvafiq qaydada mütəmadi olaraq texniki qulluq göstərilməli, saxlanma şəraitinə riayət edilməlidir.

Odsöndürən balonun üzərindəki manometrin əqrəbi yalnız yaşıl rəngin üzərində olduqda balon istifadəyə yararlı hesab olunur. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi keçirilən yanğın-texniki müayinələr zamanı odsöndürən balonların daim işlək vəziyyətdə olması diqqət mərkəzində saxlanılır, odsöndürən balon vizual olaraq təftiş olunur”.

Qurumdan qeyd edilib ki, bəzi işbazlar artıq qazanc əldə etmək məqsədilə yanğınsöndürmə vasitəsinin tərkibinə yolverilməz qatqılar və maddələr əlavə edirlər:

“Odsöndürən balonların “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik müəssisələr tərəfindən istehsal edilməsi, yaxud tərkibinin yenilənməsi ciddi yoxlanılır. Aşkar olunan yararsız ilkin yanğınsöndürmə vasitələri ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cavabdeh şəxslər barəsində protokol tərtib edilir və cərimə tətbiq olunur.

Təəssüflə qeyd edirik ki, bəzi işbazlar tərəfindən artıq qazanc əldə etmək məqsədilə yanğınsöndürmə vasitəsinin tərkibinə yolverilməz qatqılar və maddələrin əlavə edilməsi, balonların doldurulması zamanı çəki normalarına dair tələblərin pozulması sözügedən odsöndürən vasitənin yararsız hala düşməsinə gətirib çıxarır. Tərəfimizdən aparılan yoxlamalar zamanı belə müəssisələrdən yanğınsöndürmə tərkiblərinin nümunələri uyğun şəkildə götürülərək laboratoriyaya təqdim edilir və mənfi cavablar alınmış müəssisələrin fəaliyyətinin dayandırılması barədə aidiyyəti üzrə vəsatət qaldırılır, yararsız maddələrin isə müvafiq qaydada utilizasiyası həyata keçirilir”.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv