!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yan"ların mübarizəsi: "Vardan"la "Paşin" arasındakı çəkişmənin ƏSL SƏBƏBİ

!Reklam – Yazi

“Vardanyanın əsas məqsədi Qarabağda separatçılığı gücləndirməkdən ibarətdir”.

Bunu son günlər separatçı Ruben Vardanyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı “gündəm olaraq” üstələməsi haqqında danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ruben Vardanyanın cəmiyyəti Paşinyandan çox maraqlandırmasının səbəbi milyarder olması və Qarabağa Rusiya tərəfindən göndərilməsidir:

“Vardanyanın əsas məqsədi Qarabağda separatçılığı gücləndirməkdən ibarətdir. Onun gerçəkləşdirməli olan iki missiyası var: Qarabağı Paşinyan komandasından uzaqlaşdırmaq, separatçı fəaliyyəti gücləndirmək və Qarabağı Azərbaycandan qopartmaq.

Vardanyan Azərbaycanın Qarabağ bölgəsində rus hərbiçiləri ilə birgə faydalı qazıntıları qanunsuz şəkildə istismar edir. Günlərdir Azərbaycan ekoaktivistləri məsələ ilə bağlı etiraz aksiyası keçirirlər.
Soçi görüşündən bir gün öncə Vardanyan Qarabağın ermənilər yaşayan hissəsində mitinq təşkil etdi. Bir neçə gün öncə eyni cəhdi etsə də, reallaşdıra bilmədi. Niyə? Çünki baza yox idi. Ermənistandan əhali yığıb gətirə bilmir. Vardanyanın çirkli milyarder olması, Qarabağda Azərbaycanın təbii sərvətlərini talan etməsi cəmiyyətin diqqət mərkəzindədir. Paşinyana nisbətən Vardanyanın daha çox gündəm olmasının səbəbi budur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv