!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yan"ların savaşı: Separatçılar daxili mübarizəyə kökləniblər - ŞƏRH

!Reklam – Yazi

“Rusiya separatçı rejimə silah yardımı etməkdə maraqlıdır, çünki Ermənistan Rusiyanın hərbi bazasının ölkədən çıxarılmasına nail olmağa çalışır”.

Bunu separatçı rejimin rəhbəri Arayik Arutyunyanın silah ehtiyatı görmələrilə bağlı fikirlərinə münasibət bildirən politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, Arutyunyanın məlum açıqlaması Laçın-Xankəndi yolu vasitəsilə Azərbaycan ərazisinə rus sülhməramlı kontingentinin nəzarəti altında külli miqdarda silah daşındığını deməyə əsas verir:

“Əgər Vətən müharibəsində Qarabağda yerləşən erməni ordusu tamamilə darmadağın edilibsə, bu qədər silah separatçı rejimdə haradandır? Təbii ki, rus sülhməramlılarının vasitəçiliyilə. Arayik açıqlamasında bunu etiraf etdi.

Separatçı rejimin rəhbərinin Azərbaycanla müharibədən qaçmaq istəyi başadüşüləndir. Arayik növbəti müharibədə separatçı rejimin, havadarlarının, müxtəlif marağı olan şəxslərin ideyalarının məhv olacağını yaxşı başa düşür.

Digər müstəvidən baxsaq, Arayik Vardanyanla arasındakı ixtilafı önə çəkmiş oldu. Çünki Vardanyanın Qarabağda döyüşmək, mübarizə aparmaq və bölgəni yenidən qan çanağına döndərmək istədiyini başa düşür. Bunun isə kimlər tərəfindən planlandığını yaxşı bilirik. Bilirik ki, Paşinyan Rusiyanın Vardanyan layihəsinə həddindən artıq aqressiv yanaşır. Hətta Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasına nail olmağa çalışır. Ona görə də Rusiya separatçı rejimə silah yardımı etməkdə maraqlıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv