!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanvarın sonunda ikitərəfli görüş olacaq - İclasının gündəliyi məlum oldu

!Reklam – Yazi

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasında komissiyanın əsasnaməsi müzakirə olunacaq.

Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirib.

Qeyd olunub ki, birgə komissiyanın toplantısı yanvarın sonunda keçiriləcək.

Bildirilib ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir.

Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv