!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-çı deputatın Rusiyaya dəstəyinə həmkarından REAKSİYA: “Təkzibedilməz faktlara malik olmadan...”

!Reklam – Yazi

“Mövcud vəziyyətdə Azərbaycanla Türkiyənin davranışı digər dövlətlər üçün nümunə olmalıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Elşad Mirbəşir oğlunun Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı Türkiyədə keçirilən tədbirdəki çıxışında Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandıran fikirlərinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) deputat korpusunun digər təmsilçisi Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinə münasibətdə Azərbaycanın rəsmi mövqeyi bəlli və dəyişməzdir:

“Açığı, bu barədə məlumatım yoxdur, sizdən eşidirəm. Çox təəssüf ki, Rusiya-Ukrayna müharibəsi hələ də davam etməkdədir. Eyni zamanda, bu müharibənin dayandırılması üçün ciddi cəhdlərin olduğuna da şahidlik etmirik. Bu istiqamətdə sadəcə qardaş Türkiyə dövlətinin səylərini yüksək qiymətləndirmək olar.

Ümumiyyətlə, bu müharibənin dayandırılmasına yönəlik Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə fəaliyyəti ən yüksək qiymətə layiqdir. Çünki mövcud vəziyyətdə Azərbaycanla Türkiyənin davranışı digər dövlətlər üçün nümunə olmalıdır.

Qeyd olunan çərçivədə Azərbaycanın rəsmi mövqeyi bundan ibarətdir ki, dövlətlərarası münaqişələrdə bizim üçün ilk növbədə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri əsas prioritetlərdir. Rusiya-Ukrayna müharibəsi fonunda da bizim mövqeyimiz dəyişməzdir.

Azərbaycanın Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri var. Cənab prezidentin bu il yanvarın 14-də Ukraynaya səfəri çərçivəsində altı mühüm sənəd imzalandı. Azərbaycanın Rusiya ilə münasibətləri bu il fevralın 22-nə qədər strateji tərəfdaşlıq səviyyəsində idi. Həmin tarixdə imzalanmış Bəyannamə əsasında isə münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı.

O baxımdan, Azərbaycan dövlətinin yeritdiyi siyasət tamamilə düzgündür. Biz bu müharibənin qeyd etdiyim prinsiplər əsasında tezliklə başa çatmasını istəyirik. Eyni zamanda, çox istərdik ki, beynəlxalq birlik, ABŞ və NATO da bu müharibənin bitməsi üçün daha çevik addımlar atsınlar.

Sualınıza gəldikdə, həm belə bir məlumatım yoxdur, həm də inana bilmirəm ki, Elşad müəllim Rusiyanın Ukraynaya münasibətdə atdığı addımlara haqq qazandırmaq istəsin. Yenə deyirəm, bunu sizdən eşidirəm. Hansısa məlumatla özüm tanış olmadan fikir söyləmək düzgün olmazdı. Təkzibedilməz faktlara malik olduqdan sonra öz obyektiv mövqeyimi ifadə edə bilərəm”.

A.Zeynalov

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv