Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında iddialara münasibət bildirib.
Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək.
“Növbədənkənar parlament seçkiləri haqqında heç nə bilmirəm. Növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”, deyə Ə.Əhmədov əlavə edib.(Report)