Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP-ın qaranlıq koridorlarında nə baş verir? - Cavid Qurbanovun 5 minlik “paket”i, üsyan edən təşkilat sədrləri... - PƏRDƏARXASI

Yeni Azərbaycan Partiyasındakı böhran hər gün daha da dərinləşir, özünü “köhnə qvardiya”nın üzvü hesab edən şəxslər hazırda ağır psixoloji sarsıntılar keçirirlər. Hesab edirlər ki, YAP-ın qurulmasında və təşkilatlanmasında onların böyük əməyi var, ömürlərinin böyük hissəsini partiyada keçiriblər, ona görə də onlara kimsə toxunmamalıdır və ölkədə bütün sahələr üzrə aparılan islahatlar hakim partiyadakı bu şəxslərin toxunulmazlığına kölgə salmamalıdır.

Yenicag.az xəbər verir ki, Azsiyasət.com-a daxil olan məlumatda Siyavuş Novruzovun YAP İcra katibinin müavini vəzifəsindən kənarlaşdırılmasından sonra partiyada ciddi konfliklər yarandığı qeyd edilib. Mənbə bildirir ki, S.Novruzovun işdən çıxarılması gözlənilməz olub. Belə ki, S.Novruzovun mobil telefonuna zəng gəlib, partiyadakı vəzifəsindən azad edildiyi bildirilib və ondan qərargahı dərhal tərk etməsi tələb olunub. Məhz bundan S.Novruzovun halı dəyişib, bütün əşyalarını yığışdırıb və kollektivlə vidalaşaraq bu sözləri deyib: “Mən partiyanı özümə əsas evim bilirdim”.

Mənbə bildirir ki, YAP-ın mərkəzi qərargahının əməkdaşları arasında hər gün dava-dalaş gedir. Xüsusilə də, mərkəzi qərargahın 63 yaşlı əməkdaşı Misirxan Vəliyev “üsyankarlıq” edərək YAP-da islahatların aparılacağı ilə bağlı səslənən iddialara öz etirazını bildirir. Uzun illərdir hakim partiyanın milyonlarla pula başa gələn uğursuz “trol siyasəti”nin bir parçası olan bu şəxs mərkəzi ofisdən uzaqlaşdırılacağı təqdirdə patiya rəhbərliyinə qarşı ictimai formada açıq müqavimət göstərəciyini də qeyd edir. Hətta mərkəzi qərargahın əməkdaşları bir-birilərini açıq şantaja keçiblər.

Misirxan Vəliyev

Mənbə bildirib ki, “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin sədri Cavid Qurbanov hakim partiyanın yap.org.az saytına qeyri-rəsmi 5 min manat pul verir. Sayta nəzarəti isə YAP-ın mətbuat katibi Hüseyn Paşayev həyata keçirir.

Cavid Qurbanov

Qeyd olunur ki, YAP-dan deputat seçilən şəxslər və bir çox məmurlar yap.org.az saytına aylıq “paket” göndərirlər. Eyni zamanda, məmurların yap.org.az saytına verdiyi müsahibələrdən alınan pullar da birbaşa H.Paşayevin cibinə axır.  Həmçinin, H.Paşayevdən şikayətçi şəxslər var, hansı ki, o, əvəllər həmin şəxslərdən işədüzəltmə adı altında müxtəlif məbləğlərdə pul alıb. Ancaq heç bir iş görməyib. İndiyə qədər bu şəxslərin susmasının səbəbi isə H.Paşayevin şantajından qorxmalarıdır. Yaxın günlərdə bu şikayətlərdən biri dərc ediləcək.

Hüseyn Paşayev 

Mənbə onu da əlavə edir ki, partiyada özbaşınalıq və nəzarətsizlik o həddə çatıb ki, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün günü sərxoş halda işə gəlir.

Ramiz Göyüşov

Hətta partiyanın zoom tədbirlərinə içkili halda qatılır. Necə ki, pandemiyadan əvvəl partiyanın açıq tədbirlərində, konfranslarında sərxoş halda iştirak edirmiş. Partiya işindən başqa “işədüzəltmə” əməliyyatları da həyata keçirən R.Göyüşov bir müddət əvvəl Kənan Kərimov və Şəmsi Gülverdi adlı şəxsləri də Binəqədi Rayon İcra Hakimiyyətinə işə düzəldib.

www.yenicag.az

5830