Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP-ın “qələmini qırdığı” deputatlar danışdı

sadsadadd“Partiya necə məsləhət bilibsə elə də olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında hakim partiyanın 2015-ci ilin noyabrın birində keçiriləcək seçkidə namizəd siyahısında adı olmayan millət vəkili Fərhad Qəribov deyib.

O, bildirib ki, onlar dövlətin əsgərləridir:

“Nə deyiblərsə onu da edəcəyik. Müstəqil şəkildə namizədliyimi irəli sürməyəcəm”.

Qeyd edək ki F.Qəribov 57saylı Kürdəmir seçki dairəsindən deputatdır. Onun yerinə Qəribov Nizami İsməli oğlunun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Fərhad Qəribovun adı “Debüt” Kommersiya Bankı vasitəsilə dövlətin 2,96 milyon manatının mənimsənilməsi xəbərlərində hallanırdı. Onun məsələ ilə bağlı qeyri-rəsmi olaraq dindirildiyi haqda da məlumatlar yayılmıdı.

“Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdı.

Hazırda deputat olan, amma adı gələcək seçkilər üçün hazırlanan siyahıya düşməyən şəxslərdən biri də Ayaz Orucovdur.

Ayaz Orucov da “Qafqazinfo”ya açıqlamasında müstəqil şəkildə namizədliyini irəli sürməyəcəyini bildirib:

“Partiya necə məsləhət bilibsə elə də olmalıdır…”

Hazırda 81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucovun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub.

Xatırladaq ki, A. Orucov da bir zamanlar mətbuatın gündəminə oğlunun paytaxtda bir maşını gülləyə tutması ilə gəlmişdi. Belə ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.

Sonradan deputat oğlu bu hərəkətini “kefinin köklüyü” ilə izah etmişdi.

Loading...

www.yenicag.az

321
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100